“Azərbaycan millisi çox qol buraxmır” – Stiven Kenni

backend

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni komandamızla Bakıda keçirəcəkləri matç haqqında danışıb. 

Busaat.az xəbər verir ki, 50 yaşlı mütəxəssis extra.ie-a açıqlamasında görüşün çətin keçəcəyini deyib:

“Rəqibi dərindən təhlil etməyə çalışmırıq. Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz. Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Qələbə qazanmaq istəyirik və buna nail olacağımıza da inanıram”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq. Serbiya millisi eyni arenada 2:1 hesablı qələbə qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90