Azərbaycan millisindən ardıcıl 4-cü məğlubiyyət

image-155010_ymczagc1yc-1backend

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Busaat.az xəbər verir ki, Siyasət Əsgərovun komandası “ASK Arena”da Malta millisi ilə qarşılaşıb. Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyunda da uduzub. Yığma Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) hesabıyla məğlub olub.

 

26 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

Azərbaycan – Malta 1:2
Qollar
: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90