“Azərbaycan millisini kifayət qədər yaxşı təhlil etmişik” – Sergey Kleşenko

image-173134_dnmkcwkai5backend

Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan və Rumıniya yığma komandaları ilə keçirəcəkləri yoxlama matçları barədə danışıb.

Busaat.az xəbər verir ki, 50 yaşlı mtəxəssis yerli federasiyanın saytına açıqlamasında millimizi yaxşı təhlil etdiklərini vurğulayıb:

“Əvvəlcə Azərbaycana qarşı oynayacağıq. Bilirik ki, onların futbolçularının çoxu hazırda avrokuboklarda uğurla çıxış edən “Qarabağ”da oynayır. Üstəlik, Azərbaycan millisinin legionerlərini də tanıyırıq. “İnStat”dakı tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibin təhlilini kifayət qədər yaxşı apardıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatları futbolçulara çatdırmaqdır”.

Çalışdırıcı bunu da qeyd edib ki, millinin “Boluspor”da oynayan üzvü Vyaçeslav Posmak yığmaya qatıla bilməyəcək: “Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə milliyə qoşula bilməyəcək. Digər futbolçular isə öz yerlərində olacaqlar”.

Kleşenko azarkeşləri Azərbaycan və Rumıniya ilə görüşlərdə komandaya dəstək olmağa çağırıb: “Bütün qəlbimlə öz adımdan, futbolçular, məşqçilər korpusu, eləcə də federasiya adından azarkeşlərdən xahiş edirəm ki, bu 2 oyunda stadion gəlsinlər. Hamınız gördünüz ki, biz müsbət emosiyalar yarada bilərik. Sizi azarkeşlər üçün oynayacağımıza əmin edə bilərəm. Gəlin, baxın, sevinin və bizim üçün həyəcanlanın”.

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda oynanılacaq Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Moldova bundan 4 gün sonra Rumıniya lə qarşılaşacaq.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90