Azərbaycan Olimpiadada ilk medalını qazandı – Fotolar

image-kindezrskabackend

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Busaat.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Mijin Hanla üz-üzə gələcək.

***

İrina Kindzerska 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Han qalib gələrək yarımfinala yüksəlib.

***

Xanım idmançımız yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.

***

Kindzerska bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalı olub.

 

225962320 263111412285095 5557663762830658444 n
226178757 528244075082368 3241596051962240547 n
225933274 838168523570996 1254555134056123328 n
227409089 1051923438678253 701256048273146985 n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki