Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, sentyabrın 26-27-də cəbhə xəttində baş verən toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin ən azı 11 hərbi qulluqçusu şəhid olub. Bununla yanaşı erməni hərbçilərinin təxribatı nəticəsində ən azı 5 mülki şəxs həlak olub, 6 nəfərsə yaralanıb.
Şəhid olan hərbi qulluqçuların siyahısı:
Qalib Əsgərov (18 yaş), əsgər, Lənkəran rayonu, Kərgəlan kəndi.
Zaur Hüseynov, baş leytenant, Masallı rayonu, Hişkədərə kəndi.
Şahlar Vəliyev, MAHXQ, Mingəçevir şəhəri.
Elmir Arzu oğlu Məmmədov (21 yaş), Salyan rayonu, Xocalı kəndi.
Həsən Dəmirov, əsgər, Cəlilabad rayonu, Muğan kəndi.
Allahverdi Babayev, əsgər, Mingəçevir şəhəri
Mehman Mirəziz oğlu Şirvanov (1980), polkovnik-leytenant, Lənkəran şəhəri.
Hüseyn Vahim oğlu Həsənov (19 yaş), əsgər, Ucar rayonu Çiyni kəndi.
Səfərəliyev Rəşad Fərman oğlu (2001), əsgər, Xaçmaz rayonu.
Təbriz Rəsulzadə, baş leytenant, Qax rayonu, Cəlayer kəndi.
Atayev Nicat Habil oğlu, əsgər, Kəlbəcər rayonu.
Həlak olan mülki şəxslərin siyahəsı:
Ermənilərin top atəşi nəticəsində Naftalanda bir ailənin həlak olan 5 üzvü:
– Elbrus Qurbanov (1951),
– Şəfayət Qurbanova (1956)
– Afaq Əmirova (1981)
– Fidan Qurbanova (2006)
– Şəhriyar Qurbanov (2007)
Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhali:
Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov,
Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov,
Füzuli rayon sakini 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,
Füzuli rayon sakini 1995-ci il təvəllüdlü Vüsal Quliyev,
Ağdam rayon sakini 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov,
Ağdam rayon sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov.