İsraildən Livana növbəti HÜCUM

image-1726590826_2backend

İsrail ordusunun Livanın cənubundakı Sur və Nəbatiyyə şəhərlərinə təşkil etdiyi hücumlarda 15 nəfər həyatını itirib.

Busaat.az bu barədə NNA-ya istinadla xəbər verir.

Belə ki,  İsrail döyüş təyyarələri Nəbatiyyənin Ərəbsəlim bölgəsində Hizbullaha bağlı İslam Sağlamlıq Qurumuna aid mərkəzə zərbələr endirib.

Hücumda 6 tibb işçisi həyatını itirib.

İsrail ordusunun Nəbatiyyə şəhər mərkəzi və ətraf məhəllələrə təşkil etdiyi hücumlarda 8 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Livan Səhiyyə Nazirliyinin ötən gecə verdiyi açıqlamada İsrail ordusunun Surun müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 11 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki