Azərbaycan Premyer Liqası oyunlara ən az vaxt əlavə edilən çempionatlar sırasındadır

image-azerbaycan-premyer-liqasibackend

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bu mövsüm keçirilən oyunlara əlavə edilmiş dəqiqələrə görə ölkə çempionatlarını sıralayıb.

Busaat.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqası siyahının son sıralarında qərarlaşıb.

Araşdırmaya əsasən, cari mövsümün ilk 5 turunda keçirilən 24 matçda ümumilikdə 98 dəqiqə 23 saniyə əlavə vaxt oynanılıb. Premyer Liqa bununla 72 çempionat arasında 59-cu pillədədir.

Cədvəlin ilk iki sırasında Səudiyyə Ərəbistanı liqaları qərarlaşıb. Hakimlər I Divizion matçlarında ümumilikdə 106 dəqiqə 52 saniyə, Pro Liqa görüşlərində isə 106 dəqiqə 2 saniyə əlavə vaxta ehtiyac duyublar.

İlk “üçlüy”ü 105 dəqiqə 40 saniyə əlavə vaxtla Qətər yüksək liqası qapayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki