Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür

image-68b8282af379868b8282af3799175689937068b8282af379668b8282af3797backend

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

Busaat.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcə.

AzTV-nin mətbuat xidməti faktı APA-ya təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki