Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.85 $▲6.69%
  • WTI neft91.58 $▲5.68%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.003 $▲2.42%
  • Qızıl4 073 $▼1.85%
  • Gümüş51.94 $▼2.18%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda597.25 ¢▼0.42%
  • Bitcoin76 079 $▲0.26%
  • Ethereum2 239 $▲0.27%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046

Azərbaycan vətəndaşlarının Çindən təxliyyə prosesi başa çatıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çində koronavirusun kütləvi yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşları təxliyyə edilib.

“Report” xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.

05:05

Türkiyə və Azərbaycan vətəndaşlarını təxliyyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Çinin Uxan şəhərində eniş edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Təxliyyə olunanlar Türkiyədə 14 gün müddətində karantində saxlanılacaqlar.

23:56 (31.01.2020)

Aralarında Azərbaycan vətəndaşlarının da olduğu bir qrup insanı təxliyyə etmək üçün Uxana yola düşən Türkiyəyə məxsus hərbi təyyarə Monqolustana çatıb.

“Anadolu” Agentliyi xəbər verir ki, Ankaradan yola çıxan və koronavirusun tüğyan etdiyi Çinə yollanan təyyarə Monqolustanın paytaxtı Ulan-Batora eniş edərək yanacaq alıb və yenidən yola çıxıb.

Təcili tibbi yardım avadanlıqları ilə təciz edilmiş təyyarənin yaxın bir neçə saat ərzində Uxana çatması gözlənilir.

18:56

Çində koronavirusun kütləvi şəkildə yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə olunmasına start verilib.

“Haber Global” xəbər verir ki, bununla bağlı Türkiyədən hərbi təyyarə bu gün günorta saatlarında Çinə yola düşüb.

Virusun ilk görüldüyü və geniş yayıldığı Uxan şəhərindən çıxamaq tələbini bildirən 34 Türkiyə, yeddi Azərbaycan, yeddi Gürcüstan və bir Albaniya vətəndaşı tibbi müayinədən sonra təyyarə ilə Ankaraya gətiriləcəklər.

Onlar burda xüsusi hazırlanmış xəstəxanada karantinə götürüləcəklər.

Artıq bu şəxslər aeroporta yola salınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3165