Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.05 $▼0.16%
  • WTI neft101.32 $▼0.06%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.032 $▲0.03%
  • Qızıl4 039 $▼0.33%
  • Gümüş52.85 $▼0.70%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.75 ¢▲0.04%
  • Bitcoin79 974 $▼1.57%
  • Ethereum2 312 $▼1.90%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Gündəm

Azərbaycanda 4 günlük iş qrafikinə keçiləcək?

image-1703686120_teqvim_1724068748-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyanın bir sıra ölkələrində uğurlu sınaqları keçirilən 4 günlük iş həftəsi modeli Azərbaycanda da vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə yeni ilin yaxınlaşması fonunda “Yanvardan etibarən ölkədə belə bir sistem tətbiq oluna bilərmi?” sualı ictimai rəydə aktuallıq qazanıb. Bəs, Beynəlxalq təcrübə Azərbaycanda tətbiqə nə dərəcədə uyğun gəlir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bunun hazırkı mərhələdə real olmadığını bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın əmək bazarının strukturu belə bir modelə keçidə imkan vermir. O, qeyd edir ki, ölkədə müqavilə ilə çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında işləyir:

“İki mindən çox məktəbin, geniş təhsil sisteminin 4 günlük iş rejiminə keçirilməsi praktik olaraq mümkün deyil. Beşinci gün dərslər olmayacaqmı? Polis, prokurorluq və digər dövlət qurumları necə 4 günlük iş rejiminə keçə bilər?” – Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, özəl sektorda da ciddi çətinliklər yaranacaq. Xüsusilə bank sisteminin 4 günlük qrafikə uyğunlaşmasının qeyri-mümkün olduğunu deyən ekspert bildirir ki, beynəlxalq pul köçürmələri və bank xidmətləri fasiləsiz fəaliyyət tələb edir.

“Özəl sektora bununla bağlı göstəriş vermək də mümkün deyil. Belə olan halda şirkətlər işçiləri növbələrə böləcək və maaşların azaldılması kimi hallar ortaya çıxacaq. Bir işçi 4 gün, digəri 3 gün işləyəcək və daha az əməkhaqqı alacaq”, – deyə Natiq Cəfərli qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanın iqtisadi modeli və əmək bazarının mövcud inkişaf səviyyəsi 4 günlük iş həftəsinə keçidi indiki şərtlərdə mümkün etmir:

“Azərbaycan iqtisadiyyatı hələ bu modeli tətbiq edəcək dərəcədə inkişaf etməyib. Yaxın perspektivdə belə bir keçidin baş tutacağını düşünmürəm”.

Qeyd edək ki, bir sıra Qərb ölkələrində 4 günlük iş həftəsi ilə bağlı sınaqlar tətbiq edilsə də, ekspertlər bu təcrübənin Azərbaycan reallığına uyğun olmadığını bildirirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177658