Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.10 $▲0.87%
  • WTI neft83.29 $▲1.30%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.273 $▼3.28%
  • Qızıl3 687 $▼1.01%
  • Gümüş44.52 $▼1.26%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda593.25 ¢▲1.45%
  • Bitcoin62 757 $▼0.36%
  • Ethereum1 772 $▼0.17%
  • S&P 5007 254▼0.93%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Gündəm

Azərbaycanda bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

image-photo_198856
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Busaat.az-a verilən məlumata görə, faktiki havaya əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Qar örtüyünün hündürlüyü Göygöldə 2 sm, Ləzə (Qusar), Gədəbəy, Daşkəsəndə 1 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 9.0 mm, Balakəndə 7.0 mm, Quba, Zaqatalada 3.0 mm, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2.0 mm-dək olub.

Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində saat 16:00-16:19 radələrində diametri 16-17 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 35 m/s, Tərtər, Ağdamda 28 m/s, Ağstafa, Gəncə, Bərdədə 24 m/s, Şəmkirdə 23 m/s, Kəlvəz, Şirvanda 21 m/s, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20 m/s, Göycay, Naxcıvanda 18 m/s, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 36 m/s, Sumqayıtda 30 m/s, Pirallahı, Çilov adasında 23 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 20 m/s, Maştağada 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105369