“Avqust ayının ilk günlərində ölkə ərazisində biçin tamamlanacaq. Bu, əsasən buğda və arpaya aiddir. Avqustun ikinci yarısında zərər ödənişlərinin həyata keçirilməsinə başlayacağıq”.
Busaat.az xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov danışıb.