Məzmuna keç
  • Brent neft95.42 $▲0.16%
  • WTI neft88.39 $▲0.06%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.135 $▼0.73%
  • Qızıl3 872 $▲0.05%
  • Gümüş47.56 $▲0.51%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 552 $▼1.17%
  • Ethereum1 810 $▼1.34%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Azərbaycanda çörək daha da ucuzlaşacaq

image-corekzavod_1698814132-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb.

Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28% azdır. Eyni zamanda, beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır. Bu isə ölkəmidə də çörəyin az da olsa ucuzlaşmasına şərait yaradıb.

Maraqlıdır, gələcəkdə baş verə biləcək qiymət artımından sığortalanmaq üçün Dövlət Taxıl Fondunda taxılı artırmaq lazımdırmı?

Busaat.az xəbər verir ki, İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Taxıl Fondunun qiymətləri tənzimləmək kimi bir öhdəliyi yoxdur:

“Dövlət Taxıl Fondu ölkə üçün strateji fonddur. Hər hansı bir ajiotaj və qıtlıq hallarında istifadə etmək üçün nəzərdə tutulub. Nə vaxt ki, qıtlıq yarandı, o qıtlığın aradan qaldırılması da qiymətlərə təsir göstərir. Amma bu, qiymət tənzimləmək üçün deyil. Aclıq, hər hansı fəlakət nəticəsində ölkədə bütün taxıl ehtiyatları tükəndi, idxal mümkün olmadı-taxıl fondunun təyinatı bundan ötrüdür.

Taxıl Fondunun ehtiyatlarını vaxtaşırı dəyişmək, onu bazara çıxarıb qiymətləri tənzimləmək üçün istifadə etmək mümkündür. Buna ehtiyac varmı? Taxıl Fonduna hazırda daha böyük həcmdə taxıl alınmasına ehtiyac yoxdur. Taxıl ikinci ildir dünyada ucuzlaşır. Ukraynadan taxıl idxalının azalması dünya ölkələrinə təsir etdi. Dünya dövlətləri öz maraqları naminə taxıl istehsalını artırmağı hədəfləyb. Buna görə də ucuzlaşma davam edir. Davam da edəcək. Taxıl istehsalının artım tempi müşahidə olunur. Hesab etmirəm ki, qarşıdakı aylarda taxılın qiyməti o qədər bahalaşsın”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126590