Azərbaycanda daha bir koronavirus qadağası aradan qaldırıldı

image-1639046595_1639046084_423974417_0_0_2001_1125_1920x0_80_0_0_f02aabaf409bafd9cc25231e40e2c01abackend
Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.
Busaat.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki