Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək.
busaat.az xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisdə çıxışı zamanı deyib.
O qeyd edib ki, forum gələn həftə baş tutacaq.
Q. Xəlilov həmçinin əlavə edib ki, bu il gənclərdən ibarət Kəlbəcər könüllüləri qrupu da yaradılacaq:
“Azad edilən ərazilərdəki Qayıdış könüllüləri seçilərkən adətən həmin rayonun sakinlərindən ibarət ailələrin övladlarına üstünlük verilir”.