Azərbaycanda internet bahalaşdı? – RƏSMİ

image-170backend

Azərbaycanda internetin qiymətləri artırılacaq.

Busaat.az xəbər verir ki,bu barədə sosial şəbəkədə məlumat verilib.

Qeyd olunub ki, iyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar.

Bəs qiyməti artımı nə ilə bağlıdır?

Bu barədə “Aztelekom” və “Baktelecom” mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.

Qeyd olunub ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:

“Qiymət siyasəti müştərilərə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

Bildirilib ki, xidmət şərtləri və qiymət təklifləri barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib:

“Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki