Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub.
Busaat.az xəbər verir ki, sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.
“Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb”, – sorğuya cavabda qeyd olunub.
Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.APA