Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
M.Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi. Muxtar Babayev isə 2018-ci ildən nazir vəzifəsində çalışırdı.
Samir Şərifovla Muxtar Babayevin yerinə kimin təyin ediləcəyi maraqla gözlənilir. Lakin Maliyyə Nazirliyinin gələcək taleyi ilə bağlı da dövlət qurumlarında və digər strukturlarda müxtəlif versiyalar səslənməkdədir. Həmin ehtimallar arasında Azərbaycanda yaxın vaxtlarda bir neçə qurumu özündə birləşdirən yeni nazirlik və ya xidmətin yaradılması ideyasının olduğu və bu istiqamətdə işlərin görüldüyü deyilir. Yeni struktura gömrük, vergi və bir neçə digər qurumların da daxil ediləcəyi iddia edilir.Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur./Qafqazinfo.az/
WUF13-ə onlayn qeydiyyat bərpa edilib. Busaat.az xəbər verir ki, buna səbəb çoxsaylı müraciətlərdir. Tədbirə getməzdən öncə onlayn qeydiyyatdan keçmək tövsiyə […]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Busaat.az xəbər verir […]
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq […]
Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarına bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək. Busaat.az xəbər verir ki, bununla bağlı […]
“Azərbaycan Hava Yolları” (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Busaat.az […]