Azərbaycanda oğurluğa görə cəzalar Gücləndirilir

image-1735121462_ogurluqbackend

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.

Busaat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə 360 saatdan 480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki