Müğənni meyxana ustadı, istedadlı şair – bəstəkar Tərlan Novxanı yeni bir layihə ilə bağlı Özbəkistan Respublikasına yola düşüb.
Busaat.az xəbər verir ki, hazırda Tərlan Novxanı ilə Özbəkistanın məhşur müğənnisi Uluqbəy Rəhmətullayevin birlikdə ifası ilə yeni bir maraqlı musiqili layihə gerçəkləşdirilir.
Ümidvarıq ki, Tərlan Novxanının əvvəlki layihələri kimi bu işi də uğurlu olacaq. Dəyərli sənət adamı olan Tərlan Novxanıya fəaliyyətində uğurlar arzu edirik.
Qeyd edək ki, sözügedən layihə barədə daha ətraflı məlumatları davamlı şəkildə sizə təqdim edəcəyik.
YENİ LAYİHƏNİN ÇƏKİLİŞ PROSESİ İLƏ BAĞLI QISA VİDEOÇARXA AŞAĞIDAKI LİNKƏ DAXİL OLUB BAXA BİLƏRSİNİZ 👇👇👇
https://www.instagram.com/reel/DMfoY8jo63S/?igsh=c2h6ZDgzdzl0YjA5