“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?

image-unnamedbackend
Keçən il orqan mafiası ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham hədəfi olan ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub.  Xatırladaq ki, Elşad Abdullayev buna qədər interpol vasitəsilə axtarışa vverilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı. İndi isə dia.az-a daxil olan son informasiyalarda bildirilir ki. Elşad Abdullayev barəsində qırmızı bülletenlə axtarış elan edilib.  Bu da ki, keçmiş rektorun yaxın günlərdə həbs olunaraq Azərbaycana gətirilmə ehtimallarını yüksəldir.
             Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının söküləcəyi ilə bağlı məlumat verdi.  60 milyon dollar qiymətində dəyərləndirilən universitetin inzibati binasının Rusiya hökuməti tərəfindən söküləcəyini qeyd edərək, Azərbaycan tərəfinin təhsil ocağına sahib çıxmaq istəmədiyini, aidiyyatı qurumlara müraciətinin nəticəsiz qaldığını vurğuladı,təhsil müəssisəsinin təsisçisi, hazırda beynəlxalq axtarışda olan Elşad Abdullayev Fransada mühacir həyatı yaşadığından, Azərbaycan Təhsil Nazirliyi isə universitetə sahib çıxmadığından, Rusiya hökuməti məhkəmə qərarına əsasən təhsil müəssisəsinin sökülməsi haqda qərar qəbul edib, artıq 1 aydan sonra təhsil müəssisəsinin daşı-daş üstə qalmayacaq. 60 milyon dollarlıq əmlak isə yerlə-yeksan olacaq. Azərbaycan tərəfi Elşad Abdullayevi beynəlxalq axtarışa verdiyi halda, Azərbaycanın Rusiyadakı Konsulluğu ziddiyyətli mövqe sərgiləyir. Belə ki, Konsulluq Elşad Abdullayevin adının İNTERPOL xətti ilə beynəlxalq axtarışdan çıxarıldığını, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektorunun keçmiş Sovet Respublikalarının (СНГ) ərazisində axtarıldığını qeyd edib. Elşad Abdullayevin törətdiyi əməllərə görə cəzalandırılması, təhsil müəssisəsinin isə sökülməsinin qarşısının alınmasıdır.
             Amma Azərbaycan Hüquq Mühafizə orqanları tərəfindən şəxsin fəaliyyətində aşkarlanan və barəsində cinayət işində təqsirli şəxs olaraq axtarış Beynəlxalq səviyyədə verilmişdimi? Bəs, hanı o axtarış necə oldu ki ləğv edildi?!  Bütün bunlar oyundurmu yoxsa həqiqətdə Elşad Abdullayev Beynəlxaq axtarışa verilməyib? İddialara görə, Beynəlxaq axtarışa verilməsi ləğv edilərək şəxs barəsində MVD axtarışı verilib. Lakin Baş Prokurorun rəsmi Elşad Abdullayevin Beynəlxalq axtarışa İnterpol tərəfindən axtarıldığına dair məktubunda cümlələr yer almaqdadır. Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanın Konsuluğunun rəsmiləri və digər QHT rəhbərlərinin  yazılı verdikləri cavabda qeyd edilir ki, şəxslə bağlı İnterpol axtarışı dayandırılmış və şəxs MVD ərazisi üzrə axtarışa verilib. İndi bu məsələdən gəl oturduğun yerdə baş çıxart. Ölkədə cinayət əməli törətməkdə ittiham edilən şəxs barəsində Baş Prokurorluq Beynəlxalq axtarış verir. Lakin Rusiyada Azərbaycanı təmsil edənlər bu axtarışı ləğv etdirərək şəxsin yaşamadığı yerlərdə axtarılmasını istəyir. Buna hansı səlahiyyətlə etdiklərini açıqlaya biləcək şəxslərində mövqeyini dərc etmək istərdik.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki