“Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədovla VACİB MÜSAHİBƏ

image-1bf91988_bf75_46f4_b403_de6228a999da_1753347480-fullbackend

Məlum olduğu kimi Xankəndidə keçirilən III Qlobal Media Forumunda Prezident İlham Əliyev Ukrayna ilə bağlı mühüm açıqlama verib. Forumda iştirak edən Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon dövlət başçısına sual ünvanlayıb:

“Ukrayna sizcə nə etməlidir, bizə nə tövsiyə edərdiniz?”

Prezident İlham Əliyev bu suala qətiyyətli şəkildə cavab verib:

– “Heç vaxt işğalla barışmayın, heç bir halda təslim olmayın!”

 

Dövlət başçısının bu fikri Azərbaycan xalqının 30 ilə yaxın işğala qarşı apardığı mübarizənin və 44 günlük Vətən müharibəsində qazandığı zəfərin real təcrübəsinə söykənir. İlham Əliyev suala cavabında bu barədə geniş danışıb və mümunələr göstərib.

Mövzu ilə bağlı  “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Referans Mediaya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik”

– Xoş gördük Elmar müəllim! Ukrayna-Azərbaycan Alyansının sədri olaraq fikrinizcə Prezident İlham Əliyev Xankəndidən Ukraynaya hansı açıq mesajlar verdi?

Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “… Siz, Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”. Bu cavabla dövlət başçısı özünün lider kimi qətiyyətini bir daha meydana qoydu. Prezident bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan heç bir halda işğal faktoru ilə barışmır. 30 ilə yaxın işğaldan əziyyət çəkən bir dövlət olaraq işğalla üzləşən digər ölkələrə də eyni dərəcədə həssaslıqla yanaşırıq və ədalətin bərpa olunması tərəfdarıyıq.

– Ümumiyyətlə Şuşa Forumunda Azərbaycan liderinin Ukrayna ilə bağlı mövqeyini necə qiymətləndirmək olar?

Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfəri qorumaq üçün ordumuzu gücləndirdiyimiz kimi, informasiya təhlükəsizliyimizi də pillə-pillə, kərpic-kərpic, daş-daş möhkəmləndiririk. Şuşa Qlobal Media Forumlarını bu prosesin təməl daşlarından hesab edirik. Media Forumun qloballığının, dünyaya səs salmasının və orada verilən mesajların tam hədəfə çatmasının bariz nümunələrindən biri ABŞ rəhbərinin həmin foruma və qalib Azərbaycanın liderinin səsləndirdiyi fikrə istinad etməsidirsə, digəri, bu gün müharibədən əziyyət çəkən Ukrayna ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan sual və ona verilən sərrast cavab oldu. Otuz ilə yaxın müddətdə işğaldan əziyyət çəkməsinə baxmayaraq, bir gün də olsa, işğalla barışmayıb, bu işğala öz gücü ilə son qoyan və prosesdən tam qalib çıxan Azərbaycan xalqının lideri həmin suala çox lakonik və tam sərrast cavab verdi: “İşğalla heç vaxt barışmayın!”. Bu bir siyasətçinin, liderin və diplomatın qeyd olunan məsələ ilə bağlı suala verə biləcəyi ən real, düzgün və ədalətli cavab idi. Hesab edirəm ki, III Şuşa Qlobal Media Forumunun dünya miqyasında müzakirələri hələ çox davam edəcək”

– Dövlət başçımızın bu fikirləri Rusiya – Ukrayna müharibəsi fonunda hansı əhəmiyyətə malikdir?

İlham Heydər oğlu, icazə versəniz, bugünkü görüşümüzə nə ilə başlamağımıza qayıtmaq istərdim. Belə alındı ki, Siz Rusiya tərəfindən Donetsk respublikalarının tanınmasından sonra Prezident Putin ilə ünsiyyətdə olan ilk xarici dövlət liderisiniz. Aydındır ki, biz, əlbəttə, hamımız Prezidentin Bəyanatını, Rusiya Prezidentinin televiziya müraciətini eşitdik. Lakin bununla belə Siz vəziyyəti daxildən bilirsiniz və Putin ilə danışıqlardan sonra Siz ukraynalı həmkarlarınızla, türkiyəli həmkarınızla daim kontaktda olursunuz, hər halda, bu hadisəyə cəlb edilmiş olursunuz. Bu biliyinizlə, böyük təcrübənizlə Sizin proqnozunuz necədir? Aydındır ki, bu, ikitərəfli Rusiya-Ukrayna vəziyyəti deyil, bu vəziyyət bütün dünyaya aid edilir. Bundan sonrakı inkişafı Siz necə görürsünüz? Bu, zaman etibarilə nə qədər davam edəcək? Həm region üçün və həm də bütün dünya üçün bunun nə dərəcədə ciddi fəsadları olacaq? Mən, əlbəttə, Sizdən danışıqlarda səslənən qapalı məlumatlardan söhbət açmağınızı xahiş etmirəm. Lakin bununla belə Sizin bu məsələyə verdiyiniz şəxsi qiymət necədir? Bilirsiniz ki, proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı, çünki mən həmişə faktlardan istifadə etməyin, baş verən vəziyyəti bizə aid olan sahədə dəyərləndirməyin, bu vəziyyətin Azərbaycan üçün maksimum əlverişli formalaşması üçün mümkün olan hər şeyi etməyin tərəfdarıyam. Çünki müharibəni qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar. Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm.

Rusiyaya qarşı da sanksiyalar nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni, hansısa eyhamlar edilir. Mən hansısa analogiyalar və analiz, vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır. Birmənalıdır ki, Rusiya Federasiyasının Prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir. Əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək etdi. Yəni, mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Bu, mənim deyə biləcəyim maksimum bundan ibarətdir. Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu, həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur.

– Azərbaycan Prezidentinin bu mövqeyi Ukrayna-Azərbaycan arasındakı münasibətlər üçün hansı perspektivləri vəd edir?

“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri pozmamalıdır”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu günlərdə keçirdiyi brifinqdə bildirib. O bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacağına ümid etdiyini bildirib: “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edirdi. Biz əvvəldən onunla razılaşmırdıq. Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacaq. Mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.

Söhbətləşdi Bünyamin Bünyadzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki