Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.64 $▼1.71%
  • WTI neft86.74 $▼1.81%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 864 $▼0.15%
  • Gümüş46.69 $▼1.34%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.75 ¢▲0.68%
  • Bitcoin64 507 $▼1.24%
  • Ethereum1 820 $▼0.78%
  • S&P 5007 479▼1.08%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Azərbaycanda otaq yoldaşını öldürən ömürlük məhbusa əlavə cəza verildi

image-1684318245_hebsxana
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Həbsxanada kamera yoldaşını öldürməkdə təqsirləndirilən ömürlük məhkum Zahidikəhriz Abbasova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Busaat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ömürlük həbs cəzası alan və 29 ildir məhkum həyatı yaşayan Z.Abbasov mübahisə zəminində eyni kamerada saxlanılan ömürlük məhkum Oleq Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. O.Abişev isə anası və qardaşını öldürməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhkum olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109942