Azərbaycanda professor vəfat etdi – FOTO

image-1691435713_vefatbackend

Filologiya elmləri doktoru, profesor Şirindil Alışanlı vəfat edib.

Busaat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu məlumat yayıb.

Bildirilib ki, mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.

1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb.

1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə edib.

1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edib. “Ədəbi proses” silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədə dövri mətbuatda və bir çox məcmuələrdə ardıcıl çıxış edib.

1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə “Elm” Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən indiyədək “Sabah” nəşriyyatının direktoru olub.

1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olub, ölümünədək XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub.

Şirindil Alışanov Moskvada çıxan “Akademiçeskie tetradi”, “Nauçnaə kniqa” jurnallarının beynəlxalq redaksiya heyətinin və Akademiyaların Beynəlxalq Assosiasiyasının Kitab nəşri üzrə Şurasının üzvü olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki