Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft110.61 $▼0.21%
  • WTI neft101.26 $▼0.08%
  • Avropa qazı (TTF)96.84 €▲2.28%
  • Təbii qaz (ABŞ)3.044 $▼0.65%
  • Qızıl4 068 $▲0.28%
  • Gümüş53.94 $▼0.32%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda611.00 ¢▼0.08%
  • Bitcoin81 414 $▲0.76%
  • Ethereum2 370 $▲0.96%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Azərbaycanda qadınlar daha çox bu cinayətləri törədiblər – Statistika

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər.
Busaat.az Trend-ə istinadən bildirir ki, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələzduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.
Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.
Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.
Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.
Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.
Cinayət törətmiş qadınların sayı 2005 və 2010-cu illərdə daha yüksək olub.
2000-ci ildə cinayət törətmiş qadınların sayı 1 180 olduğu halda, 2005-ci ildə onların sayı daha da çoxalaraq 2 520-ə yüksəlib.
2010-cu ildə cinayət törədən qadınların sayı 2005-ci illə müqayisədə nisbətən azalsa da, göstərici yenə yüksək olub. Həmin ildə 2 318 qadın cinayət törədib.
2015-ci ildə cinayət törədən qadınların sayı 1 128-ə, 2016-cı ildə 1 036-a enib.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1416