Azərbaycanda saxlanılan hindistanlı Ermənistanda qətl törətmək istəyirmiş

image-mycollages_-_2023-11-29t105632-422backend

Xəbər verdiyimiz kimi, Hindistanda 28 yaşlı tanınmış müğənni, aktyor və Sidxu Konqresinin siyasi lideri Sidxu Mus Valanın qətlini təşkil etməkdə ittiham olunan Saçin Çapan Bişnoy ötən il Azərbaycanda saxlanılmışdı.

Busaat.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə ilə bağlı bəzi maraqlı detallar ortaya çıxıb.

Məlum olub ki, qanqster Lourens Bişnoy tərəfindən göndərilən Saçin Laçın yolu ilə Ermənistana qanunsuz daxil olmağı planlaşdırıb.

O, Bambiha cinayətkar qrupunu Ermənistandan idarə edən rəqib qanqster Laki Patialını da öldürmək istəyirmiş.

Qeyd edək ki, pəncablı müğənni Sidxu Mus Vala ötən il mayın 29-da Mansada güllələnib. Qətli Lourens Bişnoyun başçılıq etdiyi dəstə törədib. Lourensin qardaşı və qətlin təşkilatçılarından Anmol Bişnoy və qardaşı oğlu Saçin Çapan Mus Vala öldürülməzdən əvvəl xaricə qaçıblar. Hər ikisi əvvəlcə Nepala, sonra Kanada və Dubaya gediblər. Oradan isə Saçin Çapan Azərbaycana gəlib və burada saxlanılıb. Anmol isə Keniyada yaxalanıb. Onlar saxta pasportdan istifadə edib.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki