Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 713 $▲0.37%
  • Ethereum2 263 $▲0.45%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
İnfrastruktur

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

image-4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq.

busaat.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən “Su şəbəkəsinə qoşulma” işçi qrupunun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub: “Görülən işlər nəticəsində bəzi çətinliklərə baxmayaraq, ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək”.

Bildirib ki, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır:

“İştirakçılar təqdimat zamanı proseslə bağlı suallarını verə biləcək və mövzu geniş müzakirə olunacaq. Layihəyə sadəcə müşahidəçi kimi deyil, tam tərəfdaş kimi yanaşmağın vacibliyini vurğulamaq istəyirik”.

Bununla yanaşı, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prosesləri sürətləndirməsinin vacibliyini qeyd edib:

“Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub, lakin hələlik tam cavab verilməyib. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratik maneələr yaranmasın”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157449