Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.46 $▲1.87%
  • WTI neft86.75 $▲2.05%
  • Avropa qazı (TTF)85.28 €▲1.46%
  • Təbii qaz (ABŞ)3.082 $▼0.16%
  • Qızıl3 859 $▼0.47%
  • Gümüş47.54 $▲0.12%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.75 ¢▼0.29%
  • Bitcoin64 990 $▲0.27%
  • Ethereum1 812 $▼0.39%
  • S&P 5007 385▼0.47%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Kriminal

Azərbaycanda travel rəhbəri TUTULDU: 42 min manatlıq...

image-hebs-memur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, X.Həmidov ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turların təşkili vədlərini verərək onların ümumilikdə 42 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145332