Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft100.64 $▲7.53%
  • WTI neft92.19 $▲6.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.987 $▲1.88%
  • Qızıl4 053 $▼2.33%
  • Gümüş51.49 $▼3.02%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▼0.71%
  • Bitcoin75 702 $▼0.24%
  • Ethereum2 229 $▼0.19%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
Cəmiyyət

Azərbaycanda YENİ QADAĞA: Xəstəlik təhlükəsi var

image-stop_41622749976
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Lesoto Krallığının Maseru, Vyetnam Sosialist Respublikasının Nin Txuan və Ka Mau, Litva Respublikasının Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Lesoto Krallığının Maseru, Vyetnam Sosialist Respublikasının Nin Txuan və Ka Mau, Litva Respublikasının Tauraq inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesoto Krallığından, Vyetnam və Litva respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub./Milli.Az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48689