Azərbaycanın ən hündür səmənisi yetişdirildi – VİDEObackend

Mingəçevirdə ölkənin ən hündür səmənisi yetişdirilib.

Hündürlüyü 2 metr 40 santimetr olan Novruz atributu şəhərin Heydər Əliyev prospektində yerləşən Uşaq İncəsənət Məktəbinin önündə quraşdırılıb.

İstixana şəraitində təxminən 20 günə yetişən səməni 70 kiloqram buğdadan cücərdilib. Səməni xüsusi elektrik mexanizmə qoşulub. Bu da ona bütün günboyu dövrə vurmağa imkan verir.

Şəhərdə ilk dəfə yetişdirilən ən hündür səməniyə maraq böyükdür. Mingəçevir şəhəri ərazisində 8 müxtəlif tərtibatlı səməni quraşdırılıb. Növbəti Novruz bayramı ərəfəsində şəhər ərazisində daha hündür səmənilərin yetişdirilməsi nəzərdə tutulur.