“Azərbaycanın əzablarına laqeyd deyilik” – Fransalı nazir

image-ketrin_uzbackend

“Bakıda ilk dəfədir ki, səfərdəyəm. Xoş qarşılanmaya görə təşəkkür edirəm. Ümumilikdə bu, mənim regiona ilk səfərimdir. Bu gün Prezident İlham Əliyevlə açıq və konstruktiv danışıqlarımız oldu. Azərbaycan və Fransa tarixi tərəfdaşlardır. Ölkələrimiz arasında dialoqa ehtiyac var. Prezidentlər – Emmanuel Makron və İlham Əliyev mütəmadi olaraq danışıqlar aparırlar”.

Busaat.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Fransalı nazir xatırladıb ki, Azərbaycanda SSRİ-nin süqutundan sonra çox ağır dövr yaşayıb: “Azərbaycan və Ermənistan arasında müharibələrdə çox sayda insan həlak olub. Azərbaycanın əzablarına laqeyd deyilik. Fransa minatəmizləmə işlərinə öz dəstəyini verib. Yarım milyon avro həcmində Azərbaycana yardım etmişik”.

“Ən son hadisələrə gəldikdə, Azərbaycan və Ermənistandan minaların qurbanı olanlar olub. Münaqişə danışıqlar, dinc yolla həll olmalıdır. Bu davamlı sülhə aparan yeganə yoldur. Bu gün sülh üçün şans var. Sadəcə tərəflər arasında toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdi. Biz bunu alqışladıq. Biz bunun çətin danışıqlar olduğunu bilirik. Bununa bağlı planlar olmalıdır və müştərək şəkildə hazırlanmalıdır”, – fransalı nazir bildirib.

Ketrin Kolonna daha sonra Ceyhun Bayramovu Fransaya səfərə dəvət edib: “Məmnuniyyətlə, cənab nazir, sizi Parisdə gözləyirəm”.

“30 il ərzində mədəni, təhsil, nəqliyyat, energetika, daşımalar, aerikosmik sahədə əlaqələrimiz mövcud olub. Bu münasibətlərin daha da inkişaf etdirilməsi yollarını nəzərdən keçirmək istərdik”, – o əlavə edib.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90