Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.37 $▼0.96%
  • WTI neft91.17 $▼0.95%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.971 $▼0.40%
  • Qızıl4 051 $▲0.04%
  • Gümüş51.46 $▲0.09%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.50 ¢▲0.29%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 220 $▼0.69%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü: "Bu, düzgün yanaşmadır" - RƏY

image-1396503
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İşğaldan azad olmuş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi və yerli özünü idarəetmə institutlarının yaradılması istiqamətində addımlar atılmalıdır”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanda iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsinə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, atılan addım müsbət nəticələrə səbəb olacaq:

“İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanında dəyişiklik edib, Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edilməsini, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılmasını razılıq hissi ilə qarşılayıram. Hesab edirəm ki, inzibatı-coğrafi ərazi bölgüsü baxımından düzgün yanaşmadır və tarixi adların bərpasına xidmət edir.

Təklif edirəm ki, rayonlar arasında rəqabət mühitinin formalaşdırılması, regionlara sərmayə qoyuluşlarının sürətləndirilməsi, onların iqtisadi müstəqilliyinin artırılması üçün əks fiskal mərkəzləşdirmə islahatlar aparılmalı, iqtisadi rayonlar üzrə paylı vergi sistemi tətbiq edilməlidir. Bununla yanaşı, işğaldan azad olmuş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi və yerli özünü idarəetmə institutlarının yaradılması istiqamətində də addımlar atılmalı, məskunlaşmadan sonra azad və şəffaf yerli seçkilər keçirilməlidir. Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadiyyatına töhfə verməyə üçün təkliflərimizi əsirgəməyəcəyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51652