Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.32 $▲6.12%
  • WTI neft91.32 $▲5.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.75%
  • Qızıl4 100 $▼1.21%
  • Gümüş51.76 $▼2.52%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 952 $▼5.57%
  • Ethereum2 234 $▼7.75%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Turizm

Azərbaycanla Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

image-85440c0d-8c9a-4f9f-a79f-346ef46cde9e
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi və Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üzrə tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilədə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də beynəlxalq xizək yarışlarının “Şahdağ” Turizm Mərkəzində təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edəcək.

Qeyd edək ki, növbəti qış mövsümündən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının təşkili planlaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162084