Azərbaycanla bu ölkələr arasında viza tələbi aradan qaldırılır

image-vizabackend

Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

Busaat.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki