“Azərbaycanla fərqli söhbət edəcəyik deyən şəxslər cəzalandırılır” – ŞƏRH

image-photo_452014backend

“Belə insanlar Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğunu dərk etmir”.

Bunu Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkovun, “Moskva hazırda Bakının davranışından narazıdır. Ordumuza artıq heç nə və heç kim mane ola bilməyəcək. Bax, onda Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək” bəyanatına münasibət bildirən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

image-big_1664443680anar

O, bildirib ki, Azərbaycanı hədəfə alaraq bir sıra ermənipərəst siyasətçilər sərsəm bəyanatlar səsləndirir:

“Həmin “ekspertlər” Rusiya cəmiyyətində ciddi qəbul olunmur. Kimlərinsə sifarişi ilə qərəzli bəyanat səsləndirirlər. Rusiyanın siyasi elitası belə ekspertlərin söylədiklərinin Rusiyanın qlobal maraqlarına zidd olduğunu bildirir. Və həmin şəxslər qərəzli bəyanatlarına görə cəzalandırılır.

Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov belə “ekspert”lərə qoşulub. “Moskva hazırda Bakının davranışından narazıdır. Ordumuza artıq heç nə və heç kim mane ola bilməyəcək. Bax, onda Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək” kimi sərsəm bəyanatlar Azərbaycanın qazandığı uğurlara Rusiya cəmiyyətində qıcıq yaranması səbəbindən səsləndirilir.

Təəssüf ki, belə insanlar Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğunu dərk etmir. 2022-ci il fevralın 22-si Rusiya və Azərbaycan arasında müttəfiqlik müqaviləsi imzalandı. Sərsəm bəyanatların Putinin siyasi xəttinə zidd olduğunu başa düşmürlər. Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək, Azərbaycanın Cənubi Qafqazda uğurlarına kölgə salmaq istəyirlər”.

Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki