Azərbaycanlı “oğru” Türkiyədən deportasiya edildi

image-0a4b138fa0272079cd22b510dff153bebackend

Azərbaycanlı “oğru” Rafət Əmirov (Rafət Əli Bayramlı) Türkiyədən deportasiya olunub.

Busaat.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə yaxın günlərdə baş verib.

Rafət Əmirov uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Lakin bir müddət əvvəl oranı müvəqqəti tərk edib. Geri dönəndə isə miqrasiya polisi tərəfindən saxlanılıb. O, Türkiyədən deportasiya edilib və bu ölkəyə girişi ömürlük məhdudlaşdırılıb.

Rafət Əmirov 1979-cu ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “oğru” titulu alıb.

Kriminal mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Rafət Əmirova “oğru” titulu verilən toplantıda Azərbaycanın kriminal dünyasının tanınmış simaları olan Arif Mehdiyev (Arif Sumqayitski), Yunis Nəzərov (Yunis Yasamalski) və Namiq Səlifov (Namiq Bakinski) iştirak edib. Həmin vaxt həbsdə olan Nadir Səlifov (Lotu Quli) da “Skype” vasitəsilə “sxodka”ya qatılıb.

Rafət Əmirovu taclandıran “oğru”lardan Nadir Səlifov istisna olmaqla digərləri həyatdadır. Nadir Səlifov isə 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki