Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.76 $▲2.20%
  • WTI neft87.11 $▲2.47%
  • Avropa qazı (TTF)85.29 €▲1.48%
  • Təbii qaz (ABŞ)3.082 $▼0.16%
  • Qızıl3 871 $▼0.17%
  • Gümüş47.71 $▲0.47%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda599.75 ¢▲0.04%
  • Bitcoin64 910 $▲0.14%
  • Ethereum1 809 $▼0.52%
  • S&P 5007 412▼0.11%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Kriminal

Azərbaycanlı “qanuni oğru” Rusiyada saxlanıldı

image-noqinski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kriminal dairələrdə Tolik Noqinski kimi tanınan azərbaycanlı “qanuni oğru” Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Praym Kraym” yayıb.

Agentliyin məlumatına görə, 37 yaşlı kriminal avtoritet “Mineral sular” kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. Bildirilir ki, Tolik Noqinski barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “İri həcmdə narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladılıb.

T. Noqinski sorğu zamanı “Mineral sular” bölgəsinə müalicə üçün gəldiyini bildirərək kriminal avtoritet aləmindən uzaq olduğunu deyib.

Qeyd edək ki, Noqinski 2015 və 2017-ci illərdə iki dəfə mühakimə olunub. Belə ki, o, 2015-ci ildə qanunsuz silah saxlamada ittiham olunaraq 1 il müddətinə şərti cəza alıb. Bununla yanaşı, Noqinski 2017-ci ildə narkotik maddələr səbəbindən üç il müddətində məhkumluq həyatı yaşayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=57580