Azərbaycanlı referiyə UEFA-dan təyinat

image-ertbackend

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqası oyununa təyinat alıb.

Busaat.az xəbər verir ki, o, 1-ci təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Umudluya yan xətdə  Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki