Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 720 $▼2.20%
  • Ethereum1 892 $▼1.86%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Azərbaycanlılar kütləvi şəkildə Almaniyadan deportasiya olundu - 112 nəfər

image-2022-12-01-22-36-11moncndoint6mqqfxmpuj_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

112 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilir.

Busaat.az bakupost.az-a istinadən xəbər verir ki, sığınacaq almaq üçün Almaniyaya getmiş azərbaycanlılardan bəzilərinin təqdim etdikləri sənədlər saxta çıxıb, digərlərinə isə sığınacaq verilməsi üçün əsaslı səbəb tapılmayıb. Buna görə də onların sığınacaqla bağlı müraciətinə rədd cavabı verilib. Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində həmin şəxslərin deportasiya olunması barədə qərar qəbul edilib.

Artıq onların bir hissəsi – 23 nəfər dünən Bakıya yola salınıb. Heydər Əliyev Hava Limanında onlardan biri polisə təhvil verilib, qalanları sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.

Digər soydaşlarımızın da yaxın günlərdə Azərbaycana göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildən qüvvədədir. 2022-ci il başlayandan artıq bir neçə dəfə Azərbaycan vətəndaşları Almaniyadan kütləvi şəkildə deportasiya olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92558