Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.27 $▼0.51%
  • WTI neft101.41 $▲0.07%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.027 $▼1.21%
  • Qızıl4 053 $▼0.08%
  • Gümüş53.29 $▼1.52%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin79 717 $▼1.88%
  • Ethereum2 304 $▼2.26%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Azercell-in LİMİTSİZ internet fırıldağı: ay bitməmiş paket bitir – ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hər ay Azercelldən 30 manatlıq limitsiz internet paketi götürürəm ki, ailə üzvlərimlə bərabər 1 ay müddətində rahatlıqla istifadə edə bilim. Ötən ayın sonları 30 manatlıq LİMİTSİZ internet paketi yükləmişəm, amma hələ ay tamam olmayıb, indidən bildiriş gəlib ki, internet bitib, yəni qalıq 0 KB-dır.

Əgər bu limitsizdirsə, bəs niyə ayın bu başından o biri başına çatmır? ”

Polemika.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Akademik Musiqi Teatrının mətbuat katibi Fəridə Aslanova yazıb. O, provayderin isyifadəçiləri aldatdığını qeyd edib:

“İnternet tarifinin baha olması bir yana, vaxtından əvvəl bitdiyinə görə də adamı çox qıcıqlandırır. LİMİTSİZ sözünə uyğun davranılsa daha yaxşı olar. “Limitsiz” maskası altında gizlədilən “limit” indidən niyə bitsin ki? Ayın 30-na hələ çox var. Dəfələrlə bu barədə demişəm, lakin eşidən olmayıb. Ona görə də bura yazıram.

Hörmətli Azercell şirkəti, xahiş edirəm ki, aktiv istifadəçilərinizin etirazından bir nəticə çıxarasınız və yaxud da internetə daha çox ehtiyacı olan peşə sahiblərinə qiymətlərdə müəyyən güzəştlər edəsiniz. Ya “Limitsiz” sözünü birdəfəlik çıxarasınız, ya da ona uyğun davranasınız ki, camaat da işini bilsin”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6287