“Azəriqaz”ın rəhbəri 5 milyona otel tikdirir? — İDDİA

image-ruslaneliyevbackend

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin otelçilik biznesinə başladığı deyilir.

Busaat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddialara görə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru 2020-ci ilin mart ayından Şamaxı rayonun Çuxuryurd kəndində istirahət kompleksi tikdirir.  Kompleksin qiymətinin 5 milyon olduğu deyilir.

“Azəriqaz” rəhbərinin tikdirdiyi obyektin Ağsu Regional Qaz İstismar İdarəsinin “Ekologiya, Kəsfiyyata Nəzarət, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik” üzrə şöbəsinin rəisi Şəhriyar Ağayevin adına olduğu bildirilir.

Məlumata görə Şəhriyar Ağayev Ruslan Əliyevin tələbə yoldaşı və dostudur.  Ərazidə hazırda tikinti işlərinin aparıldığı deyilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat öyrənmək istəsək də, qurum məsələyə münasibət bildirmədi.(qlobal.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90