Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.45 $▼0.35%
  • WTI neft101.66 $▲0.32%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼1.11%
  • Qızıl4 072 $▲0.39%
  • Gümüş53.90 $▼0.39%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.75 ¢▼1.92%
  • Bitcoin79 865 $▼1.70%
  • Ethereum2 301 $▼2.39%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Bağlanan banklardakı pullar nə vaxt qaytarılacaq? - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fəaliyyəti dayandırılan “Atabank” və “AmrahBank”da, eləcə də müvəqqəti inzibatçılar təyin olunan NBCbank Və AGBANKda əmanətləri olan vətəndaşlar əmanətlərini tam həcmdə geri ala biləcəklər.

Mərkəzi Bankın hüquq departamentinin direktor müavini Tural Feyzullayev deyir ki, Əmanətlərin Sığortalanması fondu qorunan əmanətlərlə bağlı yaxın vaxtlarda bildiriş dərc edəcək. Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifələrində kompensasiyaların ödənilməsi vaxtı və yeri göstəriləcək.

Tural Feyzullayev – hüquq departamentinin direktor müavini: “Əmanətlərin sığortalanması fondunun kifayət qədər vəsaiti var ki, həmin əmanətləri ödəsinlər. Fondun vəsaitinin çatışmayan hissəsində isə qanunvericiliyə əsasən Mərkəzi bankdan kredit alma imkanı müəyyən olmuşdur.

Fəaliyyəti dayandırılan banklarda krediti olan vətəndaşlar isə kreditlərini ödəməyə davam etməlidirlər.

Müqavilə üzrə şərtlərə baxmaq lazımdır. Müqavilə üzrə ödəniş vaxtıdırsa bu zaman onlar nağd qaydada və ya nağdsız qaydada öz kreditlərini ödəyə bilərlər. Əgər vətəndaş krediti daha erkən bağlamaq istəyirsə yenə də eyni qaydada ödənişi edə bilərlər”.

Tural Feyzullayev vurğuladı ki, bağlanan banklarda krediti olan vətəndaşlar yenə də bankın borcluları hesab edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8896