Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.57 $▼0.24%
  • WTI neft101.76 $▲0.41%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼1.17%
  • Qızıl4 053 $▼0.07%
  • Gümüş53.42 $▼1.28%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda598.50 ¢▼2.13%
  • Bitcoin79 669 $▼1.94%
  • Ethereum2 298 $▼2.51%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Bahalaşma gözlənilir - Bu tarixdən...

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı, yəni 43,8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

Busaat.az xəbər verir ki, büdcə gəlirlərin 12 milyard 835 milyon manatı (33,2%) Dövlət Neft Fondundan transfertlər, 6 milyard 862 milyon manatı (17,8%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1 milyard 21 milyon manatı (2,6%) büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 981 milyon manatı (2,6%) isə digər gəlirlər hesabına formalaşacaq. Bir çox məsələnin vergi yükünün üzərinə düşməsi fonunda bu artım qida məhsullarının və xaricdən gətirilən malların qiymətinə necə təsir göstərə bilər?

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli vergilərin və gömrük rüsumlarının artırılması istər-istəməz qiymətlərin artacağına gətirib çıxaracağını deyib.

İqtisadçının sözlərinə görə, istənilən vergi və ya rüsumun son nəticədə yükünü daşıyan istehlakçıdır:

“Əgər vergi yükü artacaqsa, bu artıq öncədən məlumdur ki, gələn ildən bəzi güzəştlər, o cümlədən özəl sektorda əmək haqqına tətbiq olunan vergi azadolmaları ləğv ediləcək. Belə olan halda, 2500 manata qədər maaş alan işçilər əlavə 3 faiz vergi ödəməli olacaqlar. Təbii ki, işçilər bu əlavə verginin işəgötürən tərəfindən ödənilməsini, yaxud maaşlarının artırılmasını tələb edəcəklər. Əgər əməkhaqqılar yüksələcəksə, bu, biznesin xərclərinin artması deməkdir. Xərclərin çoxalması isə nəticə etibarilə məhsul və xidmətlərin qiymətinə təsir edəcək. Beləliklə, hər bir vergi artımı zəncirvari şəkildə qiymətlərin bahalaşmasına və inflyasiyanın yüksəlməsinə səbəb olur”.

Qeyd edək ki, Dövlət Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların məbləği ümumi daxili məhsulun (ÜDM) 12,6%-i həcmində olmaqla, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 410 milyon manat və ya 9,1%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 102 milyon manat və ya 7% çoxdur.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 164 milyon manat olub. Onların 42,5 faizi vergi və rüsumlardan, 34,4 faizi Dövlət Neft Fondundan transfertlərdən, 17,9 faizi isə gömrük daxilolmalarından ibarət idi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=175725