BAKI ƏMƏLİYYATI

BAKI ƏMƏLİYYATIbackend
image-ad_qayo_720x110px

20 Yanvar 1990-cı il, Azərbaycan xalqının tarixində təkcə hüzn deyil, eyni zamanda milli birlik və müstəqillik uğrunda mübarizə simvolu kimi qızıl hərflərlə yazılmışdır. Həmin gün, Sovet İttifaqının rəhbərliyi Azərbaycan xalqının azadlıq və suverenlik tələblərinə zorakı cavab verdi. Bu hadisələr tarixə “Bakl Əməliyyatı” adı ilə düşdü və xalqın iradəsini sındırmağa yönəldilmiş qəddar bir hərbi müdaxilə kimi yadda qaldı.
Bakl Əməliyyatı” SSRİ Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi müdaxilə idi. Əməliyyatın məqsədi Bakı şəhərində və Azərbaycanın digər bölgələrində Sovet hakimiyyətinə qarşı başlayan kütləvi xalq etirazlarını yatırmaq idi. Azərbaycan xalqı həmin dövrdə Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarına və Sovet rəhbərliyinin bu məsələdə ədalətsiz mövqeyinə qarşı çıxırdı.
Bununla yanaşı, xalq SSRİ-dən ayrılaraq müstəqil dövlət qurmaq istəyini açıq şəkildə ifadə etməyə başlamışdı. Bu vəziyyət Sovet rəhbərliyində böyük narahatlıq yaratdı və nəticədə 19 yanvardan 20 yanvara keçən gecə Bakıya qoşun yeridildi.
1990-cı ilin yanvar ayının 19-da Bakıda fövqəladə vəziyyət elan olundu. Lakin bu qərar haqqında məlumat yalnız əməliyyat başladıqdan sonra yayıldı, belə ki, xalq bundan xəbərsiz idi. Gecə saatlarında şəhərə tanklar və silahlı qoşunlar daxil oldu. Əməliyyat zamanı dinc əhaliyə qarşı ağır silahlar tətbiq edildi. Heç bir xəbərdarlıq edilmədən evlərə, avtomobillərə, hətta təcili tibbi yardım maşınlarına atəş açıldı.

Nəticədə, 147 nəfər həyatını itirdi, yüzlərlə insan yaralandı, minlərlə insan həbs olundu. Qanlı müdaxilə Bakının küçələrini qana boyadı və xalq arasında böyük qəzəb doğurdu.

Məmmədova Xəyalə,
Bakı qızlar universiteti tələbəsi
Nəsimi gənci

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki