Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.51 $▲0.25%
  • WTI neft101.64 $▲0.26%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼0.10%
  • Qızıl4 040 $▼0.29%
  • Gümüş52.78 $▼0.85%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.75 ¢▲0.04%
  • Bitcoin79 817 $▼1.76%
  • Ethereum2 309 $▼2.05%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9074
  • 100 RUB2.1052
  • GBP2.2745
  • TRY0.0342
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6547
  • 100 KZT0.3770
  • UAH0.0375
  • 100 JPY1.0833
  • CHF2.0630
  • USD1.7000
  • EUR1.9074
  • 100 RUB2.1052
  • GBP2.2745
  • TRY0.0342
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6547
  • 100 KZT0.3770
  • UAH0.0375
  • 100 JPY1.0833
  • CHF2.0630
Gündəm

Bakı küçələri axşam saatlarında yuyulub – Fotolar + Video

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Artıq bir neçə gündür ki, koronavirus (COVID – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır. Bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.

Busaat.az-ın məlumatına görə, ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi  rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən  Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu prosses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

Axşam saatlarında keçirilən prossesin foto və videolarını təqdim edirik:




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6602