Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.46 $▼0.34%
  • WTI neft101.86 $▲0.51%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.016 $▼1.57%
  • Qızıl4 066 $▲0.25%
  • Gümüş53.91 $▼0.37%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 230 $▼0.02%
  • Ethereum2 357 $▼0.01%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
Gündəm

Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."

image-2026-01-15-22-03-238wkrptr5ap0ekmtsm5lp_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib.

Busaat.az Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb:

“Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”.

Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini yenidən gündəmə gətirib.

Sujyan və onunla birlikdə olan şəxslər 44 günlük müharibə başa çatdıqdan sonra — 10 noyabr 2020-ci ildə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olarkən saxlanılıblar. Onlar Laçın-Kəlbəcər istiqamətində tutulub və silahlı terror-diversiya qrupu kimi zərərsizləşdiriliblər. Saxlanılma zamanı üzərlərində avtomat silahlar, patronlar və əl qumbaraları aşkar edilib, qrupun hərbi geyimdə və koordinasiyalı şəkildə hərəkət etdiyi müəyyənləşdirilib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179122