Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.20 $▼0.03%
  • WTI neft101.41 $▲0.03%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼0.03%
  • Qızıl4 050 $▼0.04%
  • Gümüş53.23 $▲0.01%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 802 $▼1.78%
  • Ethereum2 307 $▼2.10%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

"Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard manatı keçib

image-91199e10-50f4-4c25-a8ac-448395e20b78_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub.

Busaat.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 100,647 milyon manat (əvvəlki ilə nisbətən 20,6 % çox), hökumət subsidiyalarından gəlirlərii 50 milyon manat (30,2 % çox), digər əməliyyat gəlirləri 5,008 milyon manat (4,4 % az), əsas vəsaitlərinin dəyərsizləşməsi üzrə xərcləri 148,012 milyon manat (86,6 % çox), işçi heyəti ilə bağlı xərcləri 86,284 milyon manat (15,4 % çox), elektrik enerjisi xərcləri 13,934 milyon manat (3,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 12,218 milyon manat (0,3 % çox), mal-material xərcləri 11,37 milyon manat (50,8 % çox), komissiya xərcləri 5,032 milyon manat (20,6 % çox), təmizlik xərcləri 4,09 milyon manat (8,9 % çox), su xərcləri 3,392 milyon manat (11 % az), yavaş dövr edən mal-material üzrə ehtiyat xərcləri 3,085 milyon manat (əvvəlki il olmayıb), yanacaq xərcləri 902 min manat (29,4 % çox), sığorta xərcləri 362 min manat (38,4 % az), digər xərcləri 5,492 milyon manat (89,5 % çox), maliyyə xərcləri 722 min manat (8,7 % az), xarici valyuta mübadiləsindən xalis zərəri 376 min manat (6,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 418,818 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33,287 milyon manata çatıb, balans kapitalı isə 1,1 % azalaraq 385,531 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Metropoliteni” indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178092