Bakı metrosunda ölüm hadisəsi yaşandı

image-1627624245_metroqatarbackend
Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Busaat.az-a bildirib ki, yaşlı kişi qatarda özünü pis hiss edib. O, dərhal platformaya çıxarılıb. Əraziyə təcili tibbi yardım çağırılıb.
Həkimlər gələnə qədər həmin şəxs həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki