Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.04 $▲0.81%
  • WTI neft82.98 $▲0.92%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.243 $▼4.17%
  • Qızıl3 552 $▼4.62%
  • Gümüş41.97 $▼6.91%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda594.25 ¢▲1.62%
  • Bitcoin62 007 $▼0.06%
  • Ethereum1 744 $▼0.64%
  • S&P 5007 176▼2.00%
12°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Gündəm

Bakı metrosundan cərimələrlə bağlı açıqlama

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar”.

Busaat.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib.

Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir:

“Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb.

Mayın 9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi.

Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın”.

Onun sözlərinə görə, metroda karantin qaydalarına əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır.” Vaqonun içində sosial məsafəyə əməl edilir”.

E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-u saat 06:00-dan “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9461