Bakı S-300-ləri hazır vəziyyətə gətirdi – Ermənistan müharibəyə hazırlaşır?

image-polish_20240817_200858920_900x506_1723967206-fullbackend

Xəbər verdiyimiz kimi cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.

Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.

Bəzi ekspertlər iddia edir ki, təlimlərin indiki məqamda keçirilməsi təsadüfi deyil. Ermənistanın şərti dövlət sərhədində törətdiyi təxribatlar fonunda təlimlərin mesaj xarakterli olduğu iddia edilir.

Politoloq Qədir Aslan deyib ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində son günlər baş verən təxribatlar cavabsız qalmayacaq:

“Rəsmi Bakı sülhdə maraqlı olsa da Ermənistanın təxribatlarına səssiz qalmaq niyyətində deyil. Bununla belə indiki məqamda hər hansısa hərbi bir aktivlik, ya da regionda gərginlikdə maraqlı deyil.

Hesab edirəm, təlimlər Ermənistana bir mesajdır. Yəni təxribatlara davam edilsə daha ciddi addımlar atılacaq. Bakı hələlik qarşı tərəfə xəbərdarlıq edir. Təbii ki, bu tipli təlimlər hər il keçirilir. Adətən bu kimi təlimlər illik plan ilə təyin edilir. Amma bu il təxribatlar ilə üst-üstə düşməsi təlimlərin həm də mesaj xarakterli olduğunu deməyə əsas verir.

Hazırda regionda ABŞ hərbçiləri var. Bundan başqa Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Yəni bu tezlikdə regionda hər hansısa bir gərginliyin olacağını düşünmürəm”.

Globalinfo.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki